Logo
    main-post-cover

    Apple gələn il beynəlxalq bazarda iPhone-lardakı fiziki SIM kart dəstəyindən imtina edə bilər

    Cihazlar+
    27.11.2024
    Emil
         Apple şirkəti iPhone 14 seriyasından başlayaraq ABŞ bazarında fiziki SIM kart dəstəyini dayandırdı. Nəticədə iPhone-lar Apple şirkətinin öz doğma bazarında yalnız eSIM dəstəyini əldə etdilər. The Information saytının vermiş olduğu məlumata əsasən Apple indi də beynəlxalq bazarda da öz smartfonlarında fiziki SIM kart dəstəyindən imtina etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, bu, gələn il təqdim olunacaq iPhone 17 seriyasından başlayaraq start götürə bilər.
         Məlumata əsasən gələn ilki iPhone 17 seriyasına daxil olacaq iPhone 17 Air modelində fiziki SIM kart girişi yoxdur. Səbəb isə smartfon gövdəsinin olduqca nazik olmasındadır. Görünür, Apple beynəlxalq bazarda təkcə iPhone 17 Air-də deyil, digər iPhone 17 modellərində də fiziki SIM kart girişinin dəstəyini dayandırmağı qərara alıb. Lakin bunun Çində baş tutub-tutmayacağı aydın deyil. Belə ki, Çində eSIM-in istifadəsi hələ rəsmi şəkildə təsdiqlənməyib.
    Paylaş