main-post-cover

    Apple gələn il hansı məhsulları ilə təəccübləndirəcək?

    Cihazlar+
    20.09.2021
    Farid Pardashunas
        Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple bu ilin sonuna kimi naqilsiz AirPods 3 qulaqlıqlarını və yeni dizayn ilə fərdi prosessoru əldə edəcək MacBook Pro noutbukunu təqdim edəcək. Bundan əlavə olaraq jurnalist Apple şirkətinin gələn il üçün olan planlarından danışıb. Beləliklə verilmiş məlumata əsasən Apple gələn il sözün əsl mənasında təəccübləndirəcək. Jurnalist bildirib ki, 1 ildən sonra biz tamamilə yeni dizaynda reallaşdırılacaq iPhone görəcəyik. Bu öz növbəsində son illər ərzində iPhone seriyasında ciddi dəyişiklik olacaq.
        Belə ki, təqdim edilmiş yeni iPhone 13 modelləri keçən ilki iPhone 12 və hətta iPhone 11 modellərindən fərqlənmirlər. Çox güman ki, şirkət gələn il smartfonların ekranlarındakı çıxıntı hissədən imtina edəcək və onların arxa kameralarının dizaynlarını yeniləyəcək. Bununla yanaşı Mark Gurman qeyd edib ki, gələn il Apple yeni dizayna sahib iPad Pro planşetini və 3 yeni Apple Watch smart saatını təqdim edəcək. Smart saat modellərindən biri dözümlü gövdəyə sahib olacaq və ilk növbədə aktiv həyat tərzi sürən istifadəçilər üçün nəzərdə tutulacaq. Bununla yanaşı ikinci nəsil AirPods Pro qulaqlıqları da gözlənilir. Jurnalist əlavə edib ki, Apple gələn il artırılmış reallıq (AR) cihazını təqdim edə bilər. Lakin bu hələ dəqiq deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər