main-post-cover

    Apple gələn il iPhone 17 Air-i təqdim edə bilər

    Cihazlar+
    12.08.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti gələn il nazik gövdəyə sahib kompakt ölçülü iPhone 17 Slim smartfonunu təqdim edəcək. Düşünülürdü ki, bu smartfon iPhone 17 Plus modelini əvəz edəcək. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində gələn il üçün gözlənilən kompakt ölçülü iPhone 17 barəsində yeni məlumatları təqdim edib. Öz məlumatlarında insayder sözügedən smartfonu iPhone 17 Air adlandırır. Əslində bu cür ad kompakt ölçülü iPhone üçün məntiqli səslənir. Belə ki, Apple şirkətinin portfoliosuna adında Air sözü olan cihazlar artıq daxildir.
        Buna misal olaraq MacBook Air iPad Air-i gətirmək olar. İnsayder bildirib ki, iPhone 17 Air modeli şirkətin iPhone 12 mini iPhone 14 Plus ilə bağlı uğursuz təcrübələrindən sonra kompakt ölçülü smartfonlar bazarını canlandırmaq cəhdi olacaq. Məlumata əsasən iPhone 17 Air smartfonu alüminium materialdan hazırlanmış gövdəni əldə edəcək, 6.6 düym ölçülü ekranla təchiz olunacaq və özündə kiçik ölçülü Dynamic Island çıxıntısını birləşdirəcək. Bununla belə smartfonda bəzi premium elementlər qorunub saxlanacaq. Gurman hesab edir ki, iPhone 17 Air modeli adi iPhone ilə müqayisədə daha eleqant cihaz istəyən istehlakçılar üçün nəzərdə tutulacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni Apple Mac mini daha kompakt ölçüyə sahib olacaq
    yeni-apple-mac-mini-daha-kompakt-olcuye-sahib-olacaq
    Apple Maps Android-ə gəlir
    apple-maps-android-e-gelir
    iPhone 16-nın yeni gövdə rəngləri sərgilənib (VİDEO)
    iphone-16-nin-yeni-govde-rengleri-sergilenib-video
    iPad Air 2 ildən sonra OLED ekrana keçid edə bilər
    ipad-air-2-ilden-sonra-oled-ekrana-kecid-ede-biler
    iPhone 16-lar üçün ekran panellərinin istehsalına start verilib
    iphone-16-lar-ucun-ekran-panellerinin-istehsalina-start-verilib