Logo
    main-post-cover

    Apple gələn il iPhone, iPad və Mac üçün böyük yeniləmə hazırlayır

    Cihazlar+
    24.11.2025
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, “Apple” gələn il üçün proqram təminatında ciddi dəyişikliklərə gedir. Bloomberg jurnalisti Mark Gurman-ın məlumatına görə, şirkət parıltılı dizaynları bir kənara qoyub diqqəti iOS 27, iPadOS və macOS-un əsas problemlərini aradan qaldırmağa yönəldəcək. Bu yanaşma 2009-cu ildə təqdim olunan və sürət, stabillik, optimizasiya ilə yadda qalan “Snow Leopard” yeniləməsinə bənzədilir.
        iOS 26-da tətbiq olunan “Liquid Glass” vizual dəyişikliyi göz oxşasa da, son aylarda istifadəçilər bir sıra problemlərlə üzləşib. Şikayətlərə səbəb olan əsas məsələlər arasında səbəbsiz batareya tükənməsi, interfeys donmaları, cihazın öz-özünə qızması və klaviatura xətaları yer alır.
        Gurman-ın sözlərinə görə, Apple mühəndisləri hazırda əməliyyat sistemini addım-addım təmizləyir, lazımsız kodu azaldır və xətaları aradan qaldırır. Şirkət yeni funksiyalar əlavə etməkdənsə, iOS 27-ni daha sürətli, stabil və etibarlı etmək niyyətindədir.
    Paylaş