
Apple gələn il iPhone-larda LTPO texnologiyasının istifadəsini genişləndirəcək
Cihazlar+
04.11.2024
Emil
Verilmiş məlumata əsasən Apple şirkəti gələn il təqdim olunacaq iPhone 17 smartfonlarında LTPO texnologiyasının istifadəsini genişləndirəcək. Bu isə o deməkdir ki, təqdim olunacaq bütün iPhone 17 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsi dəstəyini əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, iPhone 15 seriyası da daxil olmaqla daha öncəki iPhone seriyalarında 120 Hz-lik təsvir yenilənməsi özəlliyini yalnız iPhone Pro və iPhone Pro Max modelləri əldə ediblər.
Qeyd etmək lazımdır ki, LTPO texnologiyası təsvir yenilənməsinin 1 Hz-ə kimi ayarlanması imkanı sayəsində smartfon ekranında kontentin daha axıcı əks olunmasına və üstəlik ekranın enerji sərfiyyatının aşağı salınmasına şərait yaradır. Hətta büdcəli Android smartfonlarda belə yüksək təsvir yenilənməsi özəlliyinin olmasına baxmayaraq Apple hələ də bu özəlliyi yalnız premium iPhone modellərində reallaşdırır. Bu üsul ilə şirkət adi iPhone modelləri ilə daha üst səviyyə iPhone modelləri arasındakı fərqi artırır. Lakin görünür, gələn il təqdim olunacaq iPhone 17 smartfon seriyasında bu vəziyyət dəyişəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
