Logo
    main-post-cover

    Apple gələn il nazik gövdəyə və yeni dizayna sahib daha bahalı iPhone 17-ni təqdim edə bilər

    Cihazlar+
    20.05.2024
    Emil
         Apple şirkətinin iPhone 16 smartfon seriyasını hələ bu ilin ikinci yarısında təqdim edəcəyinə baxmayaraq artıq indidən iPhone 17 barəsində məlumatlar kütləvi informasiya vasitələrində ortaya çıxırlar. The Information saytının vermiş olduğu yeni məlumata əsasən Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 smartfon seriyasında bəzi dəyişikliklər olacaq. Belə ki, şirkət daha nazik gövdə dizaynına sahib tamamilə yeni iPhone 17 modelini təqdim edə bilər. Güman olunur ki, Apple sözügedən yeni iPhone 17-də tamamilə fərqli dizayn üzərində çalışır.
         Belə ki, məlumatda qeyd edilib ki, hazırlanan bu iPhone 17 modelinin arxa kamera sahəsi arxa panelin yuxarı sol hissəsindən mərkəz hissəyə keçid edə, onun ekranı üzərindəki Dynamic Island çıxıntısının ölçüsü isə daha kiçik ola bilər. Bununla yanaşı smartfonun 6.1 düym-dən 6.7 düym-ə kimi aralıqda olan ekran ölçüsünü, Apple A19 prosessorunu yaxşılaşdırılmış ön kameranı əldə edəcəyi gözlənilir. The Information saytı bildirib ki, sözügedən iPhone 17 modeli premium smartfon siyahısına daxil olacaq və onun satış qiyməti iPhone 17 Pro Max-ın satış qiymətindən də yüksək olacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda iPhone 15 Pro Max-ın qiyməti 1199$-dan start götürür.
    Paylaş