main-post-cover

    Apple gələn ilki iPhone-larda Face ID texnologiyasını ekranın alt hissəsinə yerləşdirə bilər

    Cihazlar+
    01.03.2023
    Farid Pardashunas
        Cənubi Koreyanın The Elec saytı öz mənbələrinə istinadən iPhone 16 smartfon seriyası barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən Apple şirkəti Face ID texnologiyasını gələn il təqdim ediləcək iPhone 16 Pro iPhone 16 Pro Max modellərində ekranın alt hissəsinə yerləşdirəcək. Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsi ideyası öz növbəsində ekranın müəyyən səviyyədə şəffaf olmasını tələb edəcək. Bundan əlavə olaraq bu halda ekran üzərində tamamilə yeni növ örtükdən istifadə edilməlidir.
        Belə ki, Face ID sensorlarının çalışması üçün xarici işıq ekrandan keçərək həmin sensorların üzərinə düşməldiir. Əgər bu ideya gələn il həqiqətən də reallaşdırılsa və nəticədə uğurlu olsa, Apple 2025-ci ildə ekranın alt hissəsinə yerləşdirilmiş Face ID-ni bütün iPhone modellərinə inteqrasiya edə bilər. Söhbət, iPhone 17 smartfon seriyasından gedir. The Elec saytı həmçinin qeyd edib ki, Apple 2026-cı ildə təqdim ediləcəyi güman edilən iPhone 18 Pro ilə iPhone 18 Pro Max-da ekranın alt hissəsinə yerləşdirilmiş ön kamera texnologiyasını reallaşdırmağı hədəfləyib. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən 2025-ci ildə şirkət öz ilk qatlana bilən iPhone modelini təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər