Logo
    main-post-cover

    Apple Health iOS 26.4 ilə “Average Bedtime” funksiyasını təqdim etdi

    Cihazlar+
    18.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Health tətbiqi iOS 26.4 developer beta versiyası ilə birlikdə iki mühüm yenilik əldə edib. Yeni versiyada istifadəçilər üçün “Average Bedtime" adlı yeni göstərici əlavə olunub və ABŞ istifadəçiləri üçün qan oksigeni məlumatı yenidən “Vitals” bölməsində göstərilməyə başlayıb.
    Get the most of Apple Health on iPhone and Apple Watch - 9to5Mac
        Yeni “Average Bedtime” göstəricisi Sleep bölməsində xüsusi “Sleep Highlight” hissəsi daxilində təqdim olunur. Bu funksiya istifadəçinin son iki həftə ərzində adətən saat neçədə yatdığını analiz edərək orta göstəricini təqdim edir. Bununla da istifadəçilər yalnız ümumi yuxu müddətini deyil, həm də yuxuya getmə vərdişlərini daha dəqiq izləyə biləcəklər. Qeyd edək ki, iOS 26.3 versiyasında artıq orta yuxu müddəti mövcud idi, lakin yatma saatı ayrıca göstərici kimi təqdim olunmurdu.
        Digər mühüm dəyişiklik isə ABŞ istifadəçiləri üçün Vitals bölməsində qan oksigeni (Blood Oxygen) qrafikinin yenidən göstərilməsidir. Daha əvvəl bu məlumat tətbiqdə ayrıca metrik kimi təqdim olunurdu, lakin indi yenidən əsas sağlamlıq göstəriciləri sırasında yer alır.
    Paylaş