Logo
    main-post-cover

    Apple Health+ planlarını dəyişir

    Cihazlar+
    06.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın süni intellekt əsaslı Health+ xidməti ilə bağlı planları daxildə yenidən nəzərdən keçirilir. Məlumata görə, şirkət iri və kompleks bir məhsul buraxmaq əvəzinə, funksiyaları mərhələli şəkildə istifadəçilərə təqdim etməyə qərar verib.
        Bloomberg-in məlumatına əsasən, Apple-ın xidmətlər üzrə rəhbəri Eddy Cue Health bölməsinə nəzarəti ələ aldıqdan sonra strategiyada dəyişiklik edib. Daha əvvəl təqaüdə çıxan Jeff Williams-ın yerinə keçən Cue, “Apple Health+” adı altında ayrıca abunə modeli yaratmaq əvəzinə, planlaşdırılan imkanları kiçik yeniləmələr şəklində təqdim etməyi üstün tutur.
        Sızan məlumatlara görə, Health+ çərçivəsində istifadəçilərin sağlamlıq göstəriciləri əsasında suallar verə biləcəyi AI əsaslı interfeys və peşəkar həkimlərin iştirakı ilə hazırlanmış video məzmunlar planlaşdırılırdı. Apple-ın bu məqsədlə Kaliforniyanın Oklend şəhərində studiya quraraq illərdir videolar çəkdiyi bildirilir. İddialara əsasən, Health+ ilkin olaraq iOS 26 versiyasında təqdim olunmalı idi, lakin layihə daxildə təxirə salınıb. Hesabatda FDA tənzimləmələri və tibbi məlumatlarla bağlı hüquqi risklərin də bu qərarda rol oynadığı vurğulanır.
        Hazırda Apple-ın sağlamlıq strategiyasına Sumbul Desai rəhbərlik edir və o, eyni zamanda Apple Fitness istiqamətinə də cavabdehdir. Şirkətin bu addımı, sağlamlıq funksiyalarını daha az risklə və daha tez istifadəçilərə çatdırmaq məqsədi daşıyır.
    Paylaş