Logo
    main-post-cover

    Apple heç bir AR dəstəyinə sahib olmayan smart eynək üzərində çalışır

    Cihazlar+
    09.09.2024
    Emil
         Bloomberg saytının məşhur insayderi Mark Gurman xəbər verib ki, Apple şirkəti AR texnologiyasının dəstəyinə sahib olmayan smart eynək üzərində çalışır. Gözləntilərə əsasən Apple tərəfindən hazırlanan smart eynək Meta Ray-Ban-ın əməkdaşlığı çərçivəsində istehsal edilərək 299$-a satılan smart eynək ilə rəqabət aparacaq. İnsayderin fikrincə Apple bu mövzuda Meta-nın yolu ilə gedə bilər.
         Qeyd etmək lazımdır ki, Meta ilə Ray-Ban-ın birgə əməkdaşlığı çərçivəsində satılan smart eynək öz gövdəsində foto, video çəkilişləri, canlı yayımlar üçün nəzərdə tutulan kameraya, səsgücləndiricilərə, süni zəka əsaslı çat-botla qarşılıqlı əlaqə imkanına və hətta telefon zənglərinin qəbulu funksiyasına sahibdir. Bununla belə smart eynəkdə heç bir AR texnologiyasının dəstəyi mövcud deyil. AR texnologiyanın olmaması öz növbəsində Apple şirkətinə smart eynəyin istehsal xərclərini aşağı salmağa, onu daha ucuz qiymətə satmağa və eynəyi tez zamanda bazara çıxartmağa imkan verəcək. Gurman-ın sözlərinə əsasən Apple şirkətinin belə bir smart eynəyini 2027-ci ildən tez gözləmək lazım deyil.
    Paylaş