Apple ikinci qatlana bilən iPhone üzərində düşünür
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple ilk qatlana bilən iPhone-un rəsmi təqdimat tarixini hələ açıqlamasa da, şirkət artıq bu xəttin ikinci modeli üzərində düşünməyə başlayıb. Bloomberg-in tanınmış texnologiya analitiki Mark Gurman-ın məlumatına görə, Apple hazırda “kvadrat formalı, qapaqlı (clamshell) dizayna malik qatlana bilən iPhone” ideyasını araşdırır.
Bununla belə, Gurman qeyd edir ki, bu modelin bazara çıxacağı qəti deyil və hələlik yalnız konsept səviyyəsində nəzərdən keçirilir. Əgər bu plan reallaşarsa, Apple birbaşa olaraq bazarda mövcud olan Samsung Galaxy Z Flip 7 və Motorola Razr kimi qatlana bilən telefonlarla rəqabətə girəcək.
Hesabatda vurğulanır ki, Apple ilk qatlana bilən iPhone-un uğurlu olacağına olduqca optimist yanaşır və potensial tələbatdan maksimum yararlanmaq üçün indidən alternativ modellər üzərində planlar qurur. Qeyd edək ki, bu ilk qatlana bilən iPhone-un 2026-cı ilin sonlarına doğru təqdim ediləcəyi ilə bağlı şayiələr dolaşır.
Paylaş