
Apple ilk qatlana bilən cihazı üzərində artıq çalışır
Cihazlar+
02.02.2024
Emil
Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən Apple hal-hazırda öz ilk qatlana bilən cihazı üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət öz ilk qatlana bilən cihazını iPad mini planşetinin əvəzləyicisi kimi satışa çıxartmağı planlaşdırır. Çox güman ki, cihaz ya 7 ya da 8 düym ekranla təchiz olunacaq. Lakin ekranın OLED, AMOLED və ya başqa hansı növ ekran olacağı bilinmir. Bununla belə məlumata əsasən Samsung ilə LG sözügedən qatlana bilən cihaz üçün nəzərdə tutulmuş ekranlarının nümunələrini Apple şirkətinə artıq göndəriblər. Təəssüflər olsun ki, Apple şirkətinin ilk qatlana bilən cihazı barəsində digər bir məlumat yoxdur. Onun 2026 və ya 2027-ci ildə təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
