
Apple ilk qatlana bilən smartfonu üçün dözümlü ekranı patentləşdirib
Cihazlar+
18.07.2024
Emil
Apple öz ilk qatlana bilən smartfonu üzərində çalışmağa davam edir. Bir neçə gün bundan öncə şirkət “Dözümlü qatlana bilən ekranlı elektron cihaz” adlı patenti qeydiyyatdan keçirdi. Sözügedən patent Apple şirkətinin gələcək qatlana bilən smartfonunun mümkün özəlliyini ortaya çıxarıb. Beləliklə patent sənədlərinə əsasən elastiki AMOLED ekranlar gündəlik istifadə üçün hələ yetəri dərəcədə dözümlü deyillər.
Həmçinin insayderlərin sözlərinə əsasən şirkət daxilində Samsung-un elastiki ekranları ilə keçirilmiş testlərin nəticələri mənfi olublar. Nəticədə Apple ilk qatlana bilən smartfonunu müəyyən müddətlik təxirə salmalı olub. Öz yeni patentində Apple xüsusi struktura sahib ekran şəklində alternativ variantı təklif edir. Söhbət, şüşə və elastiki matrisadan təşkil edilmiş örtük layından gedir. Bu cür örtük layına sahib ekran üzərində qatlanma izi buraxmadan rahatlıqla qatlana bilər. Lakin nəticə etibarilə bu texnologiyanın qatlana bilən iPhone-da olub-olmayacağı aydın deyil. Qatlana bilən Apple smartfonunun da nə zaman təqdim olunacağı dəqiq şəkildə bilinmir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
