Logo
    main-post-cover

    Apple-ın 4 mart tədbirində nələr gözlənilir?

    Cihazlar+
    16.02.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple 4 mart tarixində Nyu-York şəhərində, dəvət əsasında keçiriləcək xüsusi tədbir elan edib. Maraqlıdır ki, tədbir Apple Park-da deyil, məhz Nyu-Yorkda baş tutacaq. Bu da şirkətin konkret məhsulu xüsusi şəkildə nümayiş etdirmək niyyətində olduğunu göstərir.
        Hələlik tədbirin adı və loqosu hansı məhsulun təqdim ediləcəyinə dair konkret ipucu vermir. Lakin bazarda dolaşan şayiələrə əsasən, yeni M5 çipli MacBook Pro modelləri, yenilənmiş iPad-lər və hətta iPhone 17e təqdim oluna bilər. Ənənəyə uyğun olaraq, təqdim edilən məhsulların satışa çıxışı tədbirdən bir neçə həftə sonra gözlənilir.
        2025-ci ilin oktyabrında Apple M5 əsaslı çipləri artıq bəzi cihazlara gətirmişdi. İndi isə növbə daha güclü versiyalara – M5 ProM5 Max çiplərinə çata bilər.
        Bu baxımdan:
    • 14 düymlük MacBook Pro (M5 Pro / M5 Max),
    • 16 düymlük MacBook Pro (M5 Pro / M5 Max)
    təqdimat üçün ən real namizədlər hesab olunur.
        Eyni zamanda, MacBook Air modellərinin də M5 çipi ilə yenilənməsi mümkündür. M4 versiyaları 2025-ci ilin martında təqdim edilmişdi, bu isə demək olar ki, illik yenilənmə dövrünə uyğun gəlir.
        iPad seriyasında da yenilənmələr gözlənilir:
    • iPad Air – M3 çipindən M4-ə keçid mümkündür.
    • Əsas model iPad – A16-dan A17 çipinə yüksəliş edə bilər.
    • iPad mini – 2024-cü ilin oktyabrında A17 Pro ilə yenilənmişdi, lakin bu dəfə A20 Pro çipi və hətta OLED ekran iddiaları var.
        Əgər bu məlumatlar təsdiqlənsə, iPad mini xəttində ciddi texnoloji sıçrayış ola bilər.
        Digər diqqətçəkən ehtimal isə iPhone 17e modelidir. Şayiələrə görə, bu model fevral-mart dövründə təqdim edilə bilər.
        Gözlənilən xüsusiyyətlər:
    • 6.1 düymlük 60Hz OLED Always-On ekran,
    • Köhnə “notch” dizaynının yerinə Dynamic Island,
    • Yenilənmiş çipset.
        Əgər bu baş verərsə, Apple “e” seriyasını illik yenilənmə strategiyasına daxil etmiş olacaq.
    Paylaş
    Bənzər xəbərlər