
Apple-ın ağıllı eynəyi qoşulacağı cihazdan asılı olaraq müxtəlif rejimdə çalışacaq
Apple-ın daxili ekrana malik ağıllı eynəyi sinxronlaşdırıldığı qurğudan asılı olaraq müxtəlif rejimlərdə işləyə biləcək. Mac kompüterinə qoşulduqda bir rejim, iPhone ilə sinxronlaşdırıldıqda isə başqa rejim aktiv olacaq. Bu barədə Bloomberg insayderi Mark Gurman məlumat verib. Gurman-ın açıqlamasına görə, gələcəkdə təqdim ediləcək Apple ağıllı eynəyi Mac kompüterləri ilə qoşulduqda tam versiyalı visionOS əməliyyat sistemi ilə işləyəcək. Əgər istifadəçi eynəyi iPhone ilə istifadə edərsə, o zaman mobil cihazlar üçün optimallaşdırılmış daha yüngül və sadə interfeys aktiv olacaq. Gözlənilir ki, Apple-ın bu smart eynəyi bazarda Meta Ray-Ban eynəkləri ilə rəqabət aparacaq. Bu eynəklərin qiyməti 799$-dan başlayır. Lakin Gurman daha əvvəl bildirmişdi ki, Apple-ın ilk nəsil ağıllı eynəyi ekranla təchiz olunmayacaq. Onun yeni hesabatında isə qeyd olunur ki, cihazda səs üçün səsgücləndiricilər, foto və video çəkmək üçün kameralar, səsli əmrlərlə idarəetmə imkanı, həmçinin istifadəçinin sağlamlıq vəziyyətinə nəzarət üçün tibbi funksiyalar ola bilər. Gözlənilir ki, Apple-ın ilk ağıllı eynəyi 2026-cı ildə təqdim ediləcək və satışa 2027-ci ildə çıxacaq.

Paylaş