Logo
    main-post-cover

    Apple-ın Final Cut Pro for iPad tətbiqində ciddi problem aşkarlanıb

    Cihazlar+
    03.02.2026
    Ilhama
        Technote.az "Apple Insider” platformasına istinadən bildirir ki, Apple Creator Studio paketinə daxil olan Final Cut Pro for iPad tətbiqi hazırda ciddi texniki problemlərlə üzləşib. Ən təhlükəlisi isə odur ki, tətbiqin standart ayarları ilə işlədikdə istifadəçilər bütün layihələrini birdəfəlik itirə bilərlər.
    New Project screen in Final Cut Pro for iPad showing Project 2, automatic format, location dropdown open, audio transcription toggle enabled, and a large Continue button at the bottom
        Səbəb ondan ibarətdir ki, Final Cut Pro for iPad-də yaradılan layihələr avtomatik olaraq tətbiqin daxili kitabxanasında saxlanılır. Əgər hər hansı nasazlıq səbəbindən tətbiqi silib yenidən quraşdırmaq məcburiyyətində qalsanız, bu daxili kitabxana tamamilə silinir və bütün layihələr geri dönməz şəkildə itir. Apple bu barədə yalnız tətbiqi silərkən xəbərdarlıq edir. Lakin praktikada tətbiqi silib yenidən quraşdırmaq çox vaxt problemlərin yeganə həlli olur və həmin anda artıq gec olur. Test zamanı AppleInsider redaksiyası maraqlı bir problemlə qarşılaşıb: saatlarla üzərində işlənmiş video layihəsi açılırdı, bütün montaj qatları yerində görünürdü, lakin kliplər tamamilə boş idi. Önizləmə pəncərəsində heç nə göstərilmir, kliplər seçilə bilmirdi. Maraqlıdır ki, eyni layihə Mac üçün Final Cut Pro-da problemsiz işləyib.
        Apple-ın rəsmi dəstək səhifəsində tövsiyə olunan son addım tətbiqi silib yenidən quraşdırmaqdır. Lakin bu addım iPad-də saxlanan bütün layihələrin silinməsi deməkdir. Bu riskdən qaçmağın yeganə real yolu layihələri xarici SSD üzərində saxlamaqdır. Yeni layihə yaradarkən istifadəçi saxlama yerini əl ilə seçə bilər və burada Final Cut Pro-un daxili kitabxanası əvəzinə qoşulmuş xarici disk göstərilməlidir. Qeyd edək ki, iPad-in daxili yaddaşında ayrıca layihə qovluğu seçmək mümkün deyil. Sistem yalnız Final Cut Pro-un daxili kitabxanasını və ya xarici yaddaş qurğusunu dəstəkləyir.
    Paylaş
    Bənzər xəbərlər