Logo
    main-post-cover

    Apple-ın ilk qatlanan iPhone-u sentyabrda təqdim edilə bilər

    Cihazlar+
    06.07.2026
    Sevinj
        Apple-ın uzun müddətdir gözlənilən ilk qatlanan smartfonu, qeyri-rəsmi olaraq "iPhone Fold" adlandırılan modelin bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Lakin yeni məlumatlar cihazın satışının təqdimatdan dərhal sonra başlamayacağını göstərir. Tanınmış analitik Ming-Chi Kuo sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Apple-ın təchizat zəncirində kifayət qədər istehsal gücü olmadığı üçün iPhone Fold-un bazara çıxışı gecikə bilər. Analitik hesab edir ki, şirkət 2017-ci ildə iPhone X ilə tətbiq etdiyi strategiyanı təkrarlaya bilər.
    iPhone Fold: Everything We Know | MacRumors
        Həmin dövrdə iPhone X sentyabrda təqdim edilsə də, sifarişlər yalnız oktyabrın sonunda qəbul edilmiş, satış isə noyabrın əvvəlində başlamışdı. Ming-Chi Kuo-nun məlumatına görə, Apple 2026-cı ilin ikinci yarısında təxminən 7-8 milyon iPhone Fold istehsal etməyi planlaşdırır. Bununla belə, üçüncü rübdə cəmi 500 min ilə 1 milyon arasında cihaz istehsal ediləcək. Müqayisə üçün, iPhone 18 Pro və Pro Max modellərinin hər biri üçün təxminən 20 milyon ədəd istehsal nəzərdə tutulur. Ekspertlər bildirirlər ki, istehsalın məhdud olması qatlanan ekran və menteşə mexanizmi kimi yeni texnologiyaların istehsal prosesini çətinləşdirməsi ilə bağlıdır. Məhz bu səbəbdən iPhone Fold-un ilkin mərhələdə çox məhdud sayda satışa çıxarılması və bəzi bazarlarda 2027-ci ilə qədər əlçatan olmaması mümkündür.
    Paylaş