Logo
    main-post-cover

    Apple-ın yarandığı il qurulan və bir dövrü dəyişən şirkətlər

    Cihazlar+
    01.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, 1976-cı il texnologiya və biznes tarixində dönüş nöqtələrindən biri hesab olunur. Bu il təkcə Apple şirkətinin yaradılması ilə deyil, eyni zamanda müxtəlif sahələrdə fəaliyyət göstərən və sonradan öz sənayelərinə ciddi təsir edən bir sıra şirkətlərin yaranması ilə yadda qalıb. Biotexnologiya, kompüter texnologiyaları, pivə istehsalı, auksion biznesi və musiqi avadanlıqları sahəsində qurulan bu şirkətlər innovasiya və riskin biznesdə necə böyük dəyişikliklər yarada biləcəyini göstərdi.
    1976: The Birth of Apple - Pivotal Moments — Pivotal
        1976-cı ildə Kaliforniyada qurulan North Star Computers ilk dövrlərdə kompüter komponentləri istehsal edirdi. Şirkət 1970-ci illərdə uğur qazansa da, 1981-ci ildə IBM Personal Computer bazara çıxandan sonra rəqabətə davam gətirə bilmədi. Kompüter sənayesinin IBM standartlarına keçməsi North Star üçün bazarı daraltdı və şirkət 1989-cu ildə fəaliyyətini dayandırdı.
        1976-cı ilin oktyabrında yaradılan New Albion Brewing Company ABŞ-də qadağadan sonra açılan ilk mikro pivə zavodu hesab olunur. Şirkət bir müddət uğur qazansa da, 1982-ci ildə bağlandı. Daha sonra Boston Beer Company bu markanı satın aldı və illər sonra yenidən istehsala başladı. 1976-cı ildə Dallas şəhərində yaradılan Heritage Auctions bu gün ABŞ-nin ən böyük auksion evinə çevrilib. Şirkət 2024-cü ildə 1,8 milyard dollar satış həcmi əldə edib. Maraqlıdır ki, bu auksion evi 2020-ci ildə Apple markalı nadir idman ayaqqabılarını 9,687 dollara satıb.
        Seymour Duncan şirkəti 1976-cı ildə yaradılıb və gitara üçün pickup (səs ötürücü) istehsalı ilə məşhurdur. Şirkətin məhsullarından Nirvana, Guns N' Roses və digər məşhur musiqiçilər istifadə edib. Bu şirkət gitara və bas gitar avadanlıqları bazarında mühüm rol oynayıb.
    Paylaş