Logo
    main-post-cover

    Apple-ın yeni Studio Display XDR monitoru köhnə Silicon Mac-lərdə məhdud işləyəcək

    Cihazlar+
    04.03.2026
    Ilhama
        Technote.az "Engadget” platformasına istinadən bildirir ki, Apple-ın təqdim etdiyi yeni Studio Display XDR monitorunu əvvəlcədən sifariş etməyi planlaşdıran istifadəçilər üçün vacib xəbər var. Şirkətin uyğunluq siyahısına əsasən, bəzi köhnə və daha az güclü Apple Silicon Mac modellərində monitor tam imkanları ilə çalışmayacaq.
    Apple unveils new Studio Display and all-new Studio Display XDR - Apple
        Məlumata görə, Studio Display XDR yalnız seçilmiş cihazlarda 120Hz yenilənmə tezliyini dəstəkləyir. Siyahıda göstərilir ki, M1, M1 Pro, M1 Max, M1 Ultra, M2 və M3 çiplərinə sahib Mac modelləri bu monitorla maksimum 60Hz tezliyində işləyəcək. Yəni, hətta güclü M1 Ultra prosessorlu Mac-lar belə 120Hz əvəzinə 60Hz ilə məhdudlaşacaq. Halbuki həmin çiplər üçüncü tərəf monitorlarda 120Hz dəstəyini təmin edə bilir. Planşetlərə gəldikdə isə, yalnız iPad Pro M5 modeli Studio Display XDR-də 120Hz dəstəyinə malikdir. Digər uyğun iPad ProiPad Air modelləri isə 60Hz ilə kifayətlənməli olacaq.
        Diqqətçəkən başqa məqam isə Intel əsaslı Mac-larla bağlıdır. Uyğunluq siyahısında Intel Mac modellərinin adı ümumiyyətlə qeyd olunmur. Bu isə o deməkdir ki, həmin cihazlar ya ümumiyyətlə dəstəklənmir, ya da məhdud şəkildə işləyə bilər. Xatırladaq ki, Intel Mac-lar son böyük əməliyyat sistemi yeniləməsini macOS Tahoe ilə alıblar və qarşıdakı illərdə yalnız təhlükəsizlik yeniləmələri ilə kifayətlənəcəklər.
    Paylaş