Logo
    main-post-cover

    Apple iOS 26.2 yeniləməsini yayımladı

    Cihazlar+
    15.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple iOS 26.2 versiyasını rəsmi olaraq istifadəyə verib. Yeniləmə böyük dizayn dəyişikliyi gətirməsə də, istifadə rahatlığını artıran funksiyalar və mühüm təhlükəsizlik düzəlişləri ilə diqqət çəkir. Yeniləmə eyni zamanda iPadOS, macOS, watchOS, tvOS və visionOS platformalarını da əhatə edir.
    Apple Releases iOS 26.2 With Alarms for Reminders, Lock Screen Changes,  Enhanced Safety Alerts and More - MacRumors
        iOS 26.2 ilə Podcasts tətbiqinə avtomatik yaradılan bölmələr (chapters) əlavə olunub. Bu funksiya istifadəçilərə epizodun konkret hissələrinə sürətlə keçməyə imkan verir. Bundan əlavə, dinlənilən podkastda adı çəkilən digər podkastlara birbaşa keçid linkləri də göstəriləcək. Yeniləmədə Liquid Glass dizayn elementi üçün yeni idarəetmə mexanizmi təqdim olunub. İstifadəçilər artıq Kilid ekranında şəffaflıq səviyyəsini xüsusi sürüşdürmə (slider) vasitəsilə tənzimləyə biləcəklər.
        Apple Music tətbiqində də yeniliklər var. İstifadəçilərin “Seçilmiş mahnılar” siyahısı artıq “Top Picks” bölməsində görünəcək. Həmçinin yüklənmiş mahnıların sözlərini internet bağlantısı olmadan da oxumaq mümkün olacaq. iOS 26.2 Təhlükəsizlik Xəbərdarlıqları sistemini də təkmilləşdirib. Təbii fəlakətlər və fövqəladə hallar barədə bildirişlər artıq xəritə üzərində təsir zonasını və əlavə məlumatları da əhatə edəcək. Apple eyni zamanda WebKit ilə bağlı ciddi təhlükəsizlik boşluqlarını aradan qaldırdığını və bu boşluqların əvvəlki versiyalarda hədəfli hücumlarda istifadə oluna biləcəyini açıqlayıb.
     
    Paylaş