Apple iOS 26.4-də şifrələnmiş RCS mesajlarını test etməyə başladı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple iOS 26.4-ün developer beta versiyasında E2EE RCS mesajlarını test etməyə başlayıb. Şirkət ötən il bu funksiyanı dəstəkləyəcəyini açıqlamışdı. Funksiya tam istifadəyə verildikdən sonra iPhone və Android istifadəçiləri platformalararası şifrələnmiş RCS mesajları göndərə biləcəklər.
Lakin hazırkı mərhələdə Apple yalnız Apple cihazları arasında RCS şifrələnməsini sınaqdan keçirir. Şirkətin bildirdiyinə görə, funksiya hələlik digər platformalarla test edilə bilmir və iOS 26.4 ilə ictimai istifadəyə verilməyəcək. Bu yenilik gələcək proqram yeniləmələrindən birində təqdim olunacaq.
RCS texnologiyası iPhone və Android arasında mesajlaşma təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırsa da, platformalararası şifrələnmə bu vaxta qədər əsas çatışmazlıqlardan biri idi. GSM Association 2024-cü ilin sentyabrında RCS Universal Profile üçün növbəti böyük mərhələ çərçivəsində E2EE üzərində işlədiyini açıqlamışdı. Apple isə 2025-ci ilin martında iOS, iPadOS, macOS və watchOS sistemlərində gələcək yeniləmələrlə bu dəstəyi təqdim edəcəyini bildirmişdi.
Paylaş