Apple iOS 26.5 public beta yayımlandı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple iOS 26.5 əməliyyat sisteminin ilk public beta versiyasını istifadəyə verib. Bu versiya developer beta buraxılışından cəmi bir neçə gün sonra yayımlanıb və bir neçə diqqətçəkən yeniliklə gəlir.
Yeni versiyanın ən böyük yeniliklərindən biri Apple Maps tətbiqində “Suggested Places” funksiyasıdır. Bu funksiya istifadəçinin yerləşdiyi əraziyə və ya əvvəlki axtarışlarına əsasən trend olan restoranlar və digər məkanları göstərir. İstifadəçilər Maps tətbiqində axtarış bölməsinə daxil olduqda bu tövsiyələri görə biləcəklər.
iOS 26.5 beta versiyası ilə bağlı digər mühüm dəyişiklik isə Apple Maps daxilində reklamların göstərilməsinin başlanmasıdır. Apple hələ mart ayında reklamları App Store və Apple News platformalarından kənara çıxaracağını açıqlamışdı. Maps tətbiqində göstəriləcək reklamlar istifadəçinin yerləşdiyi yerə, axtarış sözlərinə və axtardığı məkanlara əsasən formalaşdırılacaq. Bu reklamlar axtarış nəticələrinin yuxarısında və Suggested Places siyahısında görünəcək. Apple bildirir ki, reklamlar xüsusi işarələnəcək və istifadəçinin şəxsi məlumatları şirkət tərəfindən toplanmayacaq. Bütün məlumatlar cihazın daxilində qalacaq və Apple hesabı ilə əlaqələndirilməyəcək.
Bundan əlavə, Apple bu beta versiyada RCS mesajlar üçün end-to-end şifrələməni yenidən test edir. Lakin bu funksiyanın iOS 26.5-in stabil versiyasında olub-olmayacağı hələlik məlum deyil.
Paylaş