
Apple iPhone 14 ilə iPhone 15-də ucuz batareyalardan istifadə etmiş ola bilər
Bir neçə ay bundan öncə iPhone 14 istifadəçiləri smartfonlardakı batareyaların enerjilərinin tez zamanda bitməsindən şikayətlənməyə başladılar. Redclouds ləqəbli insayder bu məsələ ilə bağlı fikrini bildirib. Onun sözlərinə əsasən Apple şirkəti iPhone 14-də ucuz batareyalardan istifadə edir. İnsayder bildirib ki, şirkət eyni praktikanı həmçinin iPhone 15-də də tətbiq edir.
Məlumatda qeyd edilib ki, Apple sözügedən smartfonlarda daha az şarj dövrünə sahib ucuz batareyalardan istifadə edir. Apple özü bəyan edir ki, iPhone batareyaları 500 dövr şarj prosesini dəstəkləyirlər və bu halda batareyaların resursları 80% dərəcəsində qalır. Bununla belə məlumata əsasən iPhone 13 istifadəçiləri öz cihazlarında batareya resursunun aşağı düşməsi halı ilə qarşılaşmayıblar. Hər hal da ilk 1-2 il rəzində bu cür hala rast gəlinməyib.
Paylaş
Bənzər xəbərlər