
Apple iPhone 14 smartfonlarının istehsalını azaldır
Cihazlar+
08.11.2022
Emil Nəcəfov
Apple şirkətinin planları ilə yaxından əlaqəli olan şəxslərin verdikləri məlumata əsasən Apple bu il əvvəlcə planlaşdırdığından 3 milyon daha az iPhone 14 istehsal edəcək. Bloomberg qeyd edib ki, şirkət 90 milyon əvəzinə 87 milyon ədəd iPhone 14 istehsal edəcək. Bunun əsas səbəbi isə iPhone 14 və iPhone 14 Plus modellərinə olan aşağı tələbatdır. Bundan əlavə olaraq daha az smartfon istehsal edilməsi qərarına həmçinin Çinin Çjençjou şəhərində mövcud pandemiya vəziyyəti də təsir göstərib.
Qeyd etmək lazımdır ki, iPhone-ların istehsalı ilə məşğul olan əsas zavod məhz sözügedən şəhərdə yerləşir. Bu xəbərdən sonra Apple şirkətinin Nyu York birjasındakı səhmlərinin dəyərləri 1.5% aşağı düşüb. Verilmiş məlumata əsasən iPhone 14 və iPhone 14 Plus modelləri satışa çıxdıqları vaxtdan onların satışları tez bir zamanda aşağı düşüb. Çində bu tendensiya davam edir. Hələ bir neçə müddət bundan öncə yeni iPhone modellərinin satış göstəricilərinin ortaya çıxmasından sonra Apple onların istehsal miqyasının artırılması planından imtina etmişdi.
Linki kopyala
Həftənin xəbərləri

