main-post-cover

    Apple iPhone 14 təqdim olundu - QİYMƏTİ

    Cihazlar+
    07.09.2022
    Farid Pardashunas
        Apple sonunda çoxdan gözlənilən iPhone 14 smartfon seriyasını təqdim etdi. Təqdim edilmiş yeni seriyaya 4 smartfon modeli daxil olub: iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro iPhone 14 Pro Max. İlk növbədə iPhone 14 ilə iPhone 14 Plus modellərinə nəzər yetirək. Adlarından da göründüyü kimi şirkət iPhone mini modelindən imtina edib və onu iPhone 14 Plus ilə əvəzləyib. Sözügedən modellər keçən ilki iPhone 13 iPhone 13 mini-dən demək olar fərqlənmirlər. Lakin buna bəxmayaraq bəzi dəyişikliklər edilib. Şirkət əsasən bu modellərin kameralarını yeniləyib. Sözügedən modellər metal çərçivələrə sahib şüşə gövdələr ilə təchiz olunublar. Bundan əlavə olaraq smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. iPhone 14 modeli 6.1 düym OLED ekran, iPhone 14 Plus isə 6.7 düym OLED ekran ilə təchiz olunub. Smartfonların ekranları üzərində son illərdəki iPhone modelləri üçün xas olan ənənəvi çıxıntı yerləşdirilib. Lakin smartfonların ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləmirlər.
        iPhone 14 ilə iPhone 14 Plus keçən ilki A15 Bionic prosessorunun bir qədər təkmilləşdirilmiş versiyası ilə təchiz olunublar. Prosessorun təkmilləşdirilmiş versiyası 5 nüvəli qrafik çip əldə edib. Bunun sayəsində o, keçən ilki iPhone 13 modellərinə quraşdırılmış A15 Bionic versiyasından 80% daha sürətli çalışır. Smartfonlar 128/256/512 GB daxili yaddaş həcminə sahibdirlər. Əsas yeniliklərdən biri ondadır ki, iPhone 14 və iPhone 14 Plus modelləri tamamilə yenilənmiş 12 MP-lik əsas arxa kameranı əldə ediblər. Smartfonların əldə etdikləri yeni 12 MP-lik əsas arxa kamera f/1.5 diafraqmaya sahibdir və onda sürüşən matrisalı stabilizasiya sistemi reallaşdırılıb. Apple şirkətinin verdiyi məlumata əsasən yeni kamera yaxşı işıqlandırılmamış mühitdə fotoları 49% daha yaxşı çəkir. Bu iPhone 14 modellərinin əldə etdikləri ikinci arxa kamera isə dəyişilməz olaraq qalıb. Söhbət, 12 MP-lik ultragenişbucaqlı obyektivdən gedir. Ön kameraya gəldikdə isə smartfonlarda həmçinin yenilənmiş 12 MP-lik ön kameradan istifadə edilir. Həmin kamera f/1.9 diafraqmaya və avtofokusa sahibdir.
        Photonic Engine adlı alqoritm sayəsində smartfonlardakı bütün kameralar vasitəsilə çəkiliş keyfyyəti daha yüksək səviyyəyə çatdırılıb. Bununla yanaşı kameralara Action Mode adlı daha üst səviyyəli stabilizasiya rejimi əlavə edilib. Sözügedən stabilizasiya rejimi daha axıcı təsvirlərin əldə edilməsinə şərait yaradır. Apple bütün iPhone 14 modellərində qəzaların təyin edilməsi funksiyasını reallaşdırıb. Belə ki, hər hansısa ağır qəzanın baş verdiyi halda smartfonlar avtomatik olaraq xilasetmə xidmətinə SOS siqnalı göndərirlər. Təqdimatdan öncə məlumat yayılmışdı ki, iPhone 14 modellərində peyk şəbəkəsinin dəstəyi reallaşdırılacaq. Bu məlumat özünü doğrultdu. Şirkət həqiqətən də iPhone 14 smartfonlarında peyk şəbəkəsinin dəstəyini reallaşdırıb.
        Bu funksiya sayəsində iPhone 14 modelləri peyklərə qoşularaq fövqəladə hallar üzrə xidmətlərə yardım siqnalı göndərə bilərlər. Bu, adi mobil şəbəkənin olmadığı yerlərdə çox yardımçı olacaq. Qeyd etmək lazımdır ki, sözügedən funksiya hələ ki, ABŞ-da və Kanadada aktivdir. Yeni iPhone 14 smartfonlarının alıcıları 2 il ərzində sözügedən xidmətdən pulsuz şəkildə istifadə edə biləcəklər. Lakin 2 ildən sonra xidmətin hansı qiymətə başa gələcəyi bilinmir. Ənənəyə sadiq qalaraq Apple şirkəti öz smartfonlarının hansı RAM yaddaşına və batareya həcmlərinə sahib olduqları barəsində məlumat vermir. Lakin bu göstəricilər üzrə məlumatar yaxın günlərdə ortaya çıxacaq. iPhone 14 modeli 16 sentyabr tarixində iPhone 14 Plus modeli isə 7 oktyabr tarixində satışa çıxacaq. Onların satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 128 GB yaddaşa sahib iPhone 14 - 799$
    - 256 GB yaddaşa sahib iPhone 14 - 899$
    - 512 GB yaddaşa sahib iPhone 14 - 1099$
    - 128 GB yaddaşa sahib iPhone 14 Plus - 899$
    - 256 GB yaddaşa sahib iPhone 14 Plus - 999$
    - 512 GB yaddaşa sahib iPhone 14 Plus - 1199$.
        İndi isə keçək iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinə. Apple əsas dəyişiklikləri məhz iPhone 14 Pro modellərində reallaşdırıb. Sözügedən smartfonlar həm xarici görünüşcə həm də texniki göstəricilər baxımından dəyişikliklərə məruz qalıblar. iPhone 14 Pro ilə iPhone 14 Pro Max modellərinin ekranları üzərində ənənəvi çıxıntı hissədən imtina edilib. Onun yerini isə Dynamic Island adlı bir qədər fərqli çıxıntı gəlib. Ön kamera ilə digər sensorlar məhz həmin çıxıntı hissə daxilində yerləşirlər. Bundan əlavə olaraq Dynamic Island adlı yeni növ çıxıntı hissə iOS əməliyyat sisteminin bir hissəsinə çevrilib. Belə ki, bütün bildirişlər bu və ya digər üsul ilə sözügedən çıxıntı hissənin ətrafına inteqrasiya edilib. Onu da qeyd etmək lazımdır ki, reallaşdırılmış yeni növ çıxıntı hissənin ətrafı həmişə aktiv olur və istifadəçi aktiv zonaya toxunduğu halda bildirişlərin tam versiyalarını əldə edə bilər.
        Pro modellərin ekranları LTPO texnologiyası vastəsilə hazırlanıb və 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyirlər. Bunun sayəsində iPhone 14 Pro modellərinin ekranları Always on Display dəstəyini əldə ediblər. HDR formatlı kontentlərin əks etdirilməsi zamanı ekranlar 1600 nit, küçədə Günəş altında istifadə zamanı isə 2000 nit parlaqlıq səviyyəsi sərgiləyirlər. Beləliklə iPhone 14 Pro modeli 6.1 düym OLED, iPhone 14 Pro Max isə 6.7 düym OLED ekran ilə təchiz olunub. Sözügedən smartfonlar 4 nanometrlik yeni A16 Bionic prosessoru vasitəsilə çalışırlar. Bu prosessor özündə 16 milyard tranzistoru birləşdirir. Şirkətin verdiyi məlumata əsasən A16 Bionic hal hazırda bazarda mövcud olan ən güclü mobil prosessordur.
        Qeyd etmək lazımdır ki, adi iPhone 14 modelləri kimi iPhone 14 Pro modellərinin gövdələri də IP68 standartı üzrə sudan qorunurlar. Bununla yanaşı smartfonlar 128/256/512 GB1 TB daxili yaddaş həcmi ilə təchiz olunublar. iPhone 14 Pro-da ən böyük dəyişikliklər məhz kameraları əhatə edib. Belə ki, iPhone 14 Pro modelləri yeni 48 MP-lik əsas arxa kamera ilə təchiz olunublar. Bu smartfonlarda reallaşdırılmış 48 MP-lik əsas arxa kameranın ölçüsü keçən ilki iPhone 13 Pro modellərində reallaşdırılmış əsas arxa kameradan 65% daha böyükdür. Reallaşdırılmış yeni 48 MP-lik kamera bir böyük pikseli yaratmaq üçün 4 qonşu pikseli birləşdirmək özəlliyinə sahibdir. Bu isə öz növbəsində f/1.79 diafraqmalı obyektiv vasitəsilə daha çox işığı əhatə etməyə şərait yaradır.
        Nəticədə yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə edilməsi mümkün olur. Bununla yanaşı 48 MP-lik kameranı 2 qat optik zoom özəllikli telekamera rolunda da istifadə etmək mümkündür. Smartfonlarda reallaşdırılmış ikinci arxa kamera f/2.2 diafraqmalı 12 MP-lik ultragenişbucaqlı kameradır. O, 120 dərəcə bucaq əhatəsində sahibdir. Üçüncü kamera isə optik stabilizasiyaya və 3 qat optik zoom-a sahib 12 MP-lik telekameradır. Ön kamera hər iki smartfonda 12 MP-likdir. Adi iPhone 14 modellərində olduğu kimi iPhone 14 Pro modelləri də qəzaların təyin edilməsi funksiyasını və peyk şəbəkəsi dəstəyini əldə ediblər. iPhone 14 Pro modelləri 16 oktyabr tarixində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 128 GB yaddaşa sahib iPhone 14 Pro - 999$
    - 256 GB yaddaşa sahib iPhone 14 Pro - 1099$
    - 512 GB yaddaşa sahib iPhone 14 Pro - 1299$
    -1 TB yaddaşa sahib iPhone 14 Pro - 1499$
    - 128 GB yaddaşa sahib iPhone 14 Pro Max - 1099$
    - 256 GB yaddaşa sahib iPhone 14 Pro Max - 1199$
    - 512 GB yaddaşa sahib iPhone 14 Pro Max - 1399$
    - 1 TB yaddaşa sahib iPhone 14 Pro Max -1599$
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər