
Apple iPhone 15-in istehsal həcmini azaldıb
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti Phone 15-in istehsal həcmini azaldıb. Bunun isə bir neçə səbəbi var. Məlumata əsasən daha öncə planlaşdırılırdı ki, Apple 85 milyon ədəd iPhone 15 istehsal edəcək. İndi məlumat verilib ki, şirkət iPhone 15-in istehsal həcmini 6 milyon azaldaraq 77 milyona endirib. Məlumatda qeyd edilib ki, bunun əsas səbəblərindən biri də odur ki, şirkət smartfonlar üçün nəzərdə tutulmuş bəzi komponentlərin istehsalı məsələsində problemlərlə qarşılaşıb.
Söhbət, Sony-nin kamera sensorlarından, iPhone 15 Pro modelləri üçün titan çərçivələrdən və daha nazik ekran ətrafı çərçivələrə sahib ekranlardan gedir. Bütün bunlar iPhone 15-in istehsal həcminə təsir göstərə bilərlər. İkinci səbəb isə tələbatın aşağı düşməsi ilə bağlıdır. Analitiklərin verdikləri məlumata əsasən iPhone 15 Pro və iPhone 15 Pro Max modellərinin satış qiymətlərində ola biləcək artım buna səbəb ola bilər. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyası gələn ayın ortasında təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər