Logo
    main-post-cover

    Apple iPhone 15 Pro-lar üçün daha sürətli USB Type-C naqillərini təklif edəcək

    Cihazlar+
    28.08.2023
        Apple bu il öz smartfonlarını ilk dəfə Lightning girişindən USB Type-C girişinə keçirəcək. Söhbət, iPhone 15 smartfonlarından gedir. Lakin son zamanlarda bu smartfonların USB Type-C çərçivəsində məlumatların hansı sürətlə ötürülməsini dəstəkləyəcəkləri barəsində mübahisələr yaranır. Keçən həftə ortaya çıxmış fotolarda iPhone 15 Pro modellərinin komplektlərinə daxil olacağı iddia edilən USB Type-C naqili əks olunmuşdu. Naqil son MacBook-ların şarj naqilləri kimi hörülmüş şəkildə reallaşdırılıb.
        İnsayderlərin sözlərinə əsasən iPhone 15 ilə iPhone 15 Plus-dakı USB Type-C məlumatların ötürülməsi mövzusunda USB 2.0 səviyyəsində olacaq. Yəni saniyədə 480 MB. iPhone 15 Pro ilə iPhone 15 Pro Max modellərinə gəldikdə isə onlardakı USB Type-C-nin USB 3.2 və ya Thunderbolt 3 səviyyəsində olacağı gözlənilir. İnsayderlər bildiriblər ki, Apple iPhone 15 Pro modelləri üçün üstəlik məlumatların saniyədə 40 Gbit sürətlə ötürülməsini mümkün edən USB 4 Gen 2 və Thunderbolt dəstəkli USB Type-C naqillərini də təklif edəcək. Lakin bu cür naqillər smartfonların komplektlərinə daxil olmayacaqlar. Şirkət onları ayrıca satacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple iPhone 15 Pro-lar üçün daha sürətli USB Type-C naqillərini təklif edəcək | Technote