
Apple iPhone 15 Pro modellərinin ekranlarındakı yanma problemi ilə bağlı rəsmi açıqlama verib
Dünən biz xəbər verdik ki, iPhone 15 Pro və iPhone 15 Pro Max istifadəçiləri öz smartfonlarının ekranlarında yanma problemi ilə qarşılaşıblar. İndi isə Apple şirkəti bu məsələyə rəsmi açıqlama verib. Şirkət bildirib ki, sözügedən problemlə qarşılaşmış istifadəçilər öz cihazlarının testləri üçün rəsmi Apple servis mərkəzlərinə yaxınlaşa bilərlər. Əgər testlər nəticəsində problemin hardware tərəfində olduğu təyin edilsə smartfon təmir oluna və ya yenisi ilə əvəzlənə bilər. Bununla belə Apple bildirib ki, iPhone 15 Pro modellərinin ekranlarında təsvir siluetlərinin qalması sistem xətası səbəbilə də baş vermiş ola bilər. Belə olduğu halda istifadəçi proqram təminatı yenilənməsinin istifadəyə verilməsini gözləməli olacaq
Paylaş
Bənzər xəbərlər