Apple iPhone 15 Pro-nun standart satış qiymətini qaldıra bilər

Apple iPhone 15 Pro-nun standart satış qiymətini qaldıra bilər

Mobil Cihazlar
16.03.2023 PAYLAŞIM

    Hələ bir neçə il bundan öncə Apple şirkəti iPhone Pro modelinin standart qiymətini 999$ dəyərində təyin etmişdi. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət bu il sözügedən ənənəsini pozacaq və nəticədə iPhone Pro modelinin qiyməti daha baha olacaq. İnsayderlər bunun nə ilə bağlı ola biləcəyini açıqlayıblar. Bu il təqdim ediləcək iPhone 15 Pro modellərinin qiymətləri barəsində heç bir məlumat yoxdur. Lakin insayderlər düşünürlər ki, start qiymət 1049$-dan başlayacaq.

    Məlumatda qeyd edilib ki, bunun əsas səbəbi təkcə inflyasiya və smartfonlarda istifadə edilən komponentlərin qiymətlərindəki artım ilə deyil, həmçinin istehsalat xərclərinin artması ilə bağlıdır. Şirkətin bu ilki iPhone 15 iPhone 15 Plus modellərinin qiymətlərini aktual olan versiyaların qiymətləri səviyyəsində saxlaya bilib-bilməyəcəyi məlum deyil. Ola bilər ki, şirkət iPhone 15 Pro ilə birlikdə digər modellərin də qiymətlərini qaldırsın. İnsayderlərin əmin olduqları əsas məsələ ondan ibarətdir ki, Apple bu il iPhone 15 və iPhone 15 Plus ilə iPhone 15 Pro modelləri arasındakı fərqi daha da artıracaq. Bu fərq həm texniki özəllikləri həm də satış qiymətlərini əhatə edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×