
Apple iPhone 16-nın prototipləşdirməsinə artıq start verib
Mydrivers saytının çinli insayderlərə istinadən verdiyi məlumata əsasən iPhone 16-nın prototipləşdirilməsi prosesinə artıq start verilib və Çinin Çendu adlı şəhərində prototiplərin istehsalına istiqamətlənmiş istehsalat xətti təşkil edilib. Məlumata əsasən artıq dekabr ayında həmin istehsalat xətlərində iPhone 16-nın ilk test versiyaları hazırlanacaq.
Gələn ilin mart-aprel aylarında isə Apple artıq iPhone 16-nın dizaynı ilə bağlı yekun qərarı verəcək. Qeyd etmək lazımdır ki, satışa çıxmış iPhone 15 modelləri elə də ciddi dəyişiklikləri gətirmədi. Lakin Mydrivers-in mənbələrinin verdikləri məlumata əsasən iPhone 16 seriyası diqqət çəkən dizaynı ilə seçiləcək və yaxşı texniki performans sərgiləyəcək. Məlumatda qeyd edilib ki, gələn ilki seriyaya iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri daxil olacaqlar.
Paylaş
Bənzər xəbərlər