Logo
    main-post-cover

    Apple iPhone 16 seriyasının uğuruna şübhə ilə yanaşır

    Cihazlar+
    31.01.2024
    Emil
         Məşhur analitik Ming-Chi Kuo bu ilki iPhone-lar üçün nəzərdə tutulmuş komponentlərin təchizat zəncirini analiz edərək bildirib ki, o, keçən ilki komponentlərin təchizat zənciri ilə müqayisədə dəyişib. Bununla belə insayderin sözlərinə əsasən dəyişiklik heç də yaxşı istiqamətdə deyil. Analitikin fikrincə bu öz növbəsində bu ilki iPhone 16 seriyası üçün pis işarə ola bilər. Analitikin sözlərinə əsasən Apple bu ilki iPhone-lar üçün nəzərdə tutulmuş yarımkeçirici komponentlərin təchizat həcmini 200 milyona endirib.
         Bu o deməkdir ki, şirkət bu il təqdim ediləcək iPhone 16 smartfonlarına tələbatın aşağı düşəcəyini, minimum olaraq isə onların iPhone 15 smartfonlarının satış göstəricilərinə sahib olmayacaqlarını gözləyir. Analitik hesab edir ki, şirkətin yeni iPhone-lara ola biləcək tələbat ilə bağlı proqnozlarına mənfi təsiri smartfonların Çində satış göstəricilərinin aşağı düşməsi, premium seqmentdə qatlana bilən qapaqlı smartfonların satışa çıxması və Apple şirkətinin öz smartfonlarında ciddi dizayn dəyişikliyini ortaya çıxartmaması kimi faktorlar göstəriblər.
    Paylaş