Logo
    main-post-cover

    Apple iPhone 16 smartfonlarında soyutma sistemini yaxşılaşdıracaq

    Cihazlar+
    17.11.2023
    Emil
         Apple bu il iPhone 15 smartfon seriyasının iPhone 15 Pro modellərində ciddi qızma problemi ilə qarşılaşdı. Bu səbəbdən də şirkət çoxlu sayda tənqidə məruz qaldı. Görünür, Apple artıq bu cür vəziyyətin təkrarlanmaması istiqamətində işlərə start verib. iPhone 15 Pro modellərində ciddi qızma probleminin ortaya çıxmasından sonra bəziləri güman edirdilər ki, problemin səbəbi smartfonlarda istifadə edilən gövdə ətrafı titan çərçivədədir. Lakin Apple daha sonra bildirdi ki, problem hardware ilə deyil, software ilə bağlıdır. Söhbət, iOS 17-dəki xətadan və smartfonlardakı prosessoru yükləmiş kənar tətbiqlərdən gedir.
         Nəticədə şirkət bu problemi aradan qaldırmış iOS 17 yenilənməsini istifadəyə verdi. Buna baxmayaraq insayderlərin sözlərinə əsasən Apple şirkəti gələn il təqdim ediləcək iPhone 16 smartfonlarında soyutma sistemini iki üsul vasitəsilə yaxşılaşdıra bilər. Birinci üsul smartfonlara qrafen soyutma sisteminin inteqrasiyası ilə bağlıdır. Hal hazırda aktual olan iPhone modelləri daxilindəki radiator misdən hazırlanıb. Qrafen isə 4 dəfə daha yaxşı istilik keçiriciliyinə sahibdir. İkinci üsul batareya gövdəsinin metal materialdan hazırlanmasıdır. Bu da öz növbəsində istilik keçiriciliyinə müsbət təsir göstərə bilər. Bu üsullardan hansının nəticədə reallaşdırılacağı gələn il bilinəcək.
    Paylaş