
Apple iPhone 17 smartfonlarında fərdi Wi-Fi və Bluetooth çiplərini tətbiq edəcək
Cihazlar+
01.11.2024
Emil
Apple şirkəti gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple iPhone 17 smartfonlarına fərdi Wi-Fi və Bluetooth çiplərini inteqrasiya etməyi planlaşdırır. Bu qərar şirkətin Broadcom kimi kənar təchizatçılarından asılılığını azaltmaq strategiyasının bir hissəsidir. Məlumatda qeyd edilib ki, Apple şirkətinin iPhone 17 seriyasında istifadə edəcəyi prosessorlar Wi-Fi 7 dəstəyinə sahib olacaqlar və onlara Bluetooth funksiyaları inteqrasiya ediləcək.
Üstəlik iPhone 17 smartfonlarında şirkətin fərdi 5G çipinin istifadəsi də istisna deyil. Analitik bildirib ki, şirkət növbəti 3 il ərzində bütün məhsullarında fərdi çiplərindən istifadəyə istiqamətlənib. Bu öz növbəsində Apple şirkətinin xərclərini azaldacaq və onun ekosistemini daha da gücləndirəcək. Son məlumat sızıntılarına əsasən şirkətin fərdi 5G çipini ilk əldə edəcək smartfon növbəti iPhone SE modeli olacaq. Onun isə gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
