Logo
    main-post-cover

    Apple iPhone 18 Pro istehsalına start verdi

    Cihazlar+
    22.07.2026
    Sevinj
        Apple-ın əsas istehsal tərəfdaşı olan Foxconn 2026-cı ilin payızında təqdim ediləcək iPhone 18 Pro modellərinin kütləvi istehsalına hazırlıq məqsədilə Çində genişmiqyaslı işçi qəbulu prosesinə başlayıb. Çin mediasının yaydığı məlumata görə, iPhone 18 seriyası artıq kütləvi istehsal mərhələsinə daxil olub. Bununla əlaqədar Foxconn və digər təchizatçılar istehsal gücünü artırmaq üçün minlərlə yeni əməkdaş cəlb edirlər.
        Şirkətin Çinin Çjençjou şəhərində yerləşən və Apple üçün əsas istehsal mərkəzi hesab olunan zavodu hər gün yüz minlərlə iPhone istehsal etmək gücünə malikdir. Buna görə də hər il yay aylarında istehsal həcmini artırmaq üçün qısamüddətli işçi qəbulu həyata keçirilir. Ötən il Foxconn üç ay çalışan yeni işçilərə 1 100 dollardan çox bonus təklif etmişdi. Bu il də istehsalın sürətlənməsi ilə oxşar təşviq proqramlarının tətbiq olunacağı gözlənilir.
        Bu il Apple-ın istehsal strategiyasında mühüm dəyişiklik də gözlənilir. İddialara görə, şirkət ilk dəfə iPhone seriyasının təqdimatını iki mərhələyə böləcək. Payızda iPhone 18 Pro, iPhone 18 Pro Max və qatlanan iPhone Fold təqdim olunacaq. Standart iPhone 18 modellərinin isə 2027-ci ilin yazında satışa çıxarılması planlaşdırılır. Məlumata görə, bu yanaşma Apple-a istehsal prosesini daha səmərəli idarə etməyə, bayram mövsümündə daha çox satılan Pro modellərinə fokuslanmağa və maliyyə nəticələrini il ərzində daha balanslı şəkildə bölüşdürməyə imkan verəcək.
    Paylaş