Apple iPhone-lar üçün fərdi Wi-Fi çiplərini hazırlamağa hədəflənib
Cihazlar+
15.12.2023
Emil
Apple şirkəti hələ ki, iPhone-lar üçün nəzərdə tutulmuş 5G modemlərini hazırlaya bilmir. Buna görə də şirkət modemləri Qualcomm-dan almaq məcburiyyətində qalır. Lakin yaxın gələcəkdə şirkət özünün istehsalı olacaq Wi-Fi çipinə sahib iPhone-u satışa çıxara bilər. Analitiklərin vermiş olduqları məlumata əsasən Apple fərdi Wi-Fi çipinə artıq 2025-ci ildə sahib olacaq və şirkət onu iPhone 17 smartfon seriyasında tətbiq edə bilər. Gözləntilərə əsasən Apple şirkətinin fərdi Wi-Fi çipini ilk növbədə iPhone 17 Pro modelləri əldə edəcəklər. iPhone 18 smartfon seriyasında isə Wi-Fi çipi bütün modellərə quraşdırılacaq. Əgər Apple fərdi Wi-Fi çipini hazırlasa, bu, iPhone-lar üçün sözügedən çiplərin hazırlanması ilə məşğul olan Broadcomm şirkətinə güclü zərbə vuracaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Yaxın gələcəkdə iPhone 10 qat optik zoom özəlliyini əldə edə bilər
iPhone 15 Pro Max smartfonu iPhone modelləri arasında 5 qat optik zoom-a sahib telekameranı əldə etmiş ilk model oldu.
Startup və Biznes
1 ildən sonra Apple şirkətinin bazar dəyəri 4 trilyon dollara yüksələ bilər
İctimai şirkətlər arasında bazar dəyəri 1 trilyon dollara çatmış ilk şirkət Apple şirkəti oldu.
Proqram Təminatı
Apple iPhone-lardakı NFC texnologiyasını kənar ödəniş sistemləri üçün açmağa hazırdır
Apple Pay 2015-ci ildə istifadəyə verilib və iPhone smartfonlarında NFC tenxologiyasından yalnız bu tətbiq istifadə edə bilər.
Cihazlar+
iPhone 16-nın prototiplərinin fotoları təqdim edilib
Macrumors saytı öz mənbələrinə istinadən iPhone 16 smartfonunun 3 prototipinin fotolarını təqdim edib.
Cihazlar+
iPhone 16 və Galaxy S24 smartfonlarının RAM yaddaşlarında artım olmayacaq
Süni zəka funksiyalarına tələbatın artması ilə smartfonlarda da RAM yaddaşının artma prosesi gedir.
Ən çox oxunanlar