Apple iPhone-larda jailbreak ilə yeni mübarizə üsulunu hazırlayıb
Cihazlar+
16.10.2023
Emil Nəcəfov
Bu və ya digər iPhone sisteminin sındırılması üçün nəzərdə tutulmuş üsullar bir qayda olaraq daha köhnə iOS versiyaları ilə çalışırlar. Həmin üsullardan istifadə etmək üçün yeni iOS versiyasını əldə etməmiş iPhone lazımdır. Lakin məlumata əsasən Apple bu cür imkanı aradan qaldırmağın yolunu tapıb. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple yeni smartfonları qutudan çıxartmadan mağazada yeniləməyə imkan verən cihaz hazırlayıb. Məlumatda qeyd edilib ki, söhbət, xüsusi servis planşetindən gedir.
O, iPhone-nun qutudan çıxarılmadan və aktivləşdirilmədən smartfonun yenilənməsi üçün nəzərdə tutulub. Bunun üçün daxilində iPhone-nun yerləşdiyi qutunu sadəcə olaraq xüsusi servis planşetinin üzərinə yerləşdirmək kifayətdir. Bu halda cihaz naqilsiz şəbəkə vasitəsilə iPhone-u aktivləşdirəcək, onun sistemini yeniləyəcək və daha sonra smartfonu deaktiv edəcək. Məlumata əsasən hal hazırda sistemin bu cür üsulla yenilənməsi imkanı yalnız iPhone üçün reallaşdırılıb. Lakin gələcəkdə onun Apple şirkətinin digər məhsullarına da tətbiq ediləcəyi istisna deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Goldman Sachs: 'Apple elektromobil hazırlamır. Apple Car pilotsuz avtomobillər üçün platforma olacaq'
Goldman Sachs: 'Apple elektromobil hazırlamır. Apple Car pilotsuz avtomobillər üçün platforma olacaq'
Goldman Sachs bankının analitikləri investorlara yeni hesabat təqdim ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!