main-post-cover

    Apple iPhone-ları emal edilmiş materiallardan istehsal edəcək

    Cihazlar+
    22.06.2021
    Farid Pardashunas
        Apple şirkəti artıq uzun müddətdir ki, iddialı şəkildə yaşıl gələcəyə doğru gedir. Bir neçə müddət bundan öncə şirkət CEO-su olan Tim Cook-un bəyanatı bunu sübut edir. Belə ki, o, smartfonların istehsalı prosesində şirkətin planet resurslarından istifadəsindən imtina bəyanatını vermişdi. VivaTech 2021 adlı sammit çərçivəsində Tim Cook bildirib ki, iPhone emal edilmiş materialların istifadəsi ilə istehsal olunacaq və bərpa olunan enerjilərdən asılı olacaq. Gələcəkdə isə şirkət faydalı təbii qazıntı materiallarından tamamilə imtina edəcək və bərpa olunan enerji mənbələrinə arxalanacaq.
        “Bizim indi etməli olduğumuz şey insanların karbon neytrallığı anlayışlarını genişləndirmək və 2030-cu ilə kimi istehsalat prosesindən istehlakçıya çatdırmaya qədər olan bütün zəncirlərdə karbon neytrallığına nail olmağa ümid etməkdir” - deyə Tim Cook bildirib. Qeyd etmək lazımdır ki, Apple artıq bu məsələdə bəzi nəticələrə sahibdir. Belə ki, Mac üçün olan alüminium materialın 40%-i təkrar emalın məhsuludur. Bundan əlavə olaraq iPhone 12-də istifadə olunan nadir torpaq elementlərinin 98%-i təkrar emal nəticəsində əldə olunur. Qeyd etmək lazımdır ki, iPhone 12 smartfonlarının qutularında şarj cihazı mövcud deyil. Vaxtı ikən Apple bunu ətraf mühitin qorunması ilə əlaqələndirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər