Apple iPhone Pro modelləri üçün yeni premium rəng kimi qırmızını sınaqdan keçirir
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple növbəti nəsil iPhone Pro modelləri üçün yeni premium rəng seçimini dəyərləndirir. Bloomberg jurnalisti Mark Gurman-ın məlumatına görə, şirkət hazırda “qırmızı” rəngi gələcək flaqman iPhone Pro modelləri üçün əsas namizəd kimi test edir.
Rəsmi təqdimatın ilin sonuna doğru gözlənilməsinə baxmayaraq, Gurman bildirir ki, qırmızı yeni “flıqman rəng” kimi sınaq mərhələsindədir. Daha əvvəl bənövşəyi və qəhvəyi çalarlarla bağlı şayiələr yayılsa da, onların əslində qırmızının müxtəlif tonları ola biləcəyi ehtimal edilir.
Bu seçim Apple-ın adətən üstünlük verdiyi daha sakit və neytral rəng palitrasından kəskin şəkildə fərqlənir. Şirkətin son dövrdə təqdim etdiyi “Cosmic Orange” rəngi isə xüsusilə Çin bazarında satışlara müsbət təsir göstərib. Azarkeşlər arasında “Hermes orange” kimi qeyri-rəsmi ad qazanan bu parlaq narıncı ton status simvoluna çevrilib. Qırmızı rəngin Çin mədəniyyətində uğur və şans simvolu hesab edilməsi isə Apple üçün bu bazarda əlavə üstünlük yarada bilər.
Paylaş