Logo
    main-post-cover

    Apple iPhone üçün AR/VR aksesuarın patentinə sahibdir

    Cihazlar+
    23.10.2024
    Emil
         Apple şirkəti AR VR cihazlarla bağlı yüzlərlə patenti qeydiyyatdan keçirir. Məlum olub ki, Apple sahib olduğu patentlərdən birini artıq bir neçə ildir ki, yeniləyir. Şirkətin daimi şəkildə yenilədiyi patent Vision Pro-nun büdcəli versiyasının necə ola biləcəyini əks etdirir. Apple bu patenti hələ 2010-cu ildə qeydiyyatdan keçirib. Lakin 2020-ci ildən 2023-cü ilə kimi patent daimi olaraq yenilənib. Patent bir aksesuarı əhatə edir. Patentdəki aksesuar Android cihazlar üçün nəzərdə tutulmuş büdcəli AR/VR cihazları xatırladır.
         Sadəcə olaraq fərq ondadır ki, patentdəki aksesuar ekranlara sahib deyil. Onun ekranları rolunda cihazın ön hissəsinə taxıla bilən iPhone çıxış edir. Patentdə əks olunmuş məlumata əsasən sözügedən ekrana qoşulandan sonra smartfonun funksionallığı genişlənə bilər. Patentdə təfərrüatlar qeyd edilməsə də çox güman ki, söhbət, AR cihazlar üçün nəzərdə tutulmuş xüsusi interfeysdən gedir. Patentə əsasən bu cür cihazdan istifadə üçün xüsusi idarəetmə cihazı nəzərdə tutulub. Bu aksesuar barəsində ətraflı məlumat yoxdur. O hələ də patent şəklində qalıb. Şirkətin bu cür aksesuarı nəticədə istehsal edib-etməyəcəyi bilinmir.
    Paylaş