
Apple iPhone üçün Touch Bar analoqunu patentləşdirib
IT Home saytı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib. Patent sorğusunda əks olunmuş fotolar smartfonlar üçün nəzərdə tutulmuş Touch Bar özəlliyini sərgiləyirlər. Patent fotolarından da görmək olar ki, söhbət, smartfon gövdəsinin sol hissəsində yerləşən və əlavə idarəetmə elementi qismində çıxış edən sensorlu paneldən gedir. Fotolara əsasən həmin sensorlu paneldə əks olunacaq elementləri ayarlamaq mümkün olacaq. Bununla yanaşı güman olunur ki, əlavə sensorlu panel vasitəsilə smartfondakı səsin tənzimlənməsini reallaşdırmaq mümkün olacaq. Touch Bar-a bənzəyən sensorlu panelə sahib iPhone-nun nəticə etibarilə istehsal edilib-edilməyəcəyi bilinmir.




Paylaş