
Apple iPhone üçün xüsusi funksiyalara sahib keysi patentləşdirib
Cihazlar+
03.09.2024
Emil
Apple şirkəti qeyri-adi aksesuarın təsvir olunduğu yeni patent sorğusunu göndərib. Söhbət, iPhone üçün nəzərdə tutulmuş xüsusi keysdən gedir. Patent sorğusunda qeyd edilmiş məlumata əsasən sözügedən keysin əsas özəlliyi ondan ibarət olacaq ki, o, iPhone smartfonunu müxtəlif əlavə funksiyalar ilə təmin edə biləcək. Bu cür funksiyaların arasında Touch ID texnologiyası da ola bilər. Məlumatda qeyd edilib ki, keys smartfonun bəzi fiziki düymələrinin funksionallığını öz üzərinə götürə biləcək. Bu qeyri-adi aksesuarın imkanları arasında jestlərin, uzun müddətli klikləmələrin və digər növ toxunuşların təyin edilməsi və üstəlik istifadəçinin barmaq izi skanı vasitəsilə autentifikasiyası özəlliyi var. iPhone üçün nəzərdə tutulmuş bu keys hələ kağız üzərində mövcuddur. Onun nə zaman istehsal olunacağı barəsində bir məlumat yoxdur.


Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
