main-post-cover

    Apple, iyun ayında iPhone 16 üçün ekran paneli istehsalına başlaya bilər!

    Cihazlar+
    17.05.2024
    Farid Pardashunas

         Analitik Ross Young-ın yeni hesabatına görə, iPhone 16-nın istehsalına iyun ayında başlanacağı gözlənilir. Bu, Apple-ın flaqman smartfonları üçün adi istehsal tarixinə uyğun gəlir və smartfonun sentyabrın ortalarında təqdim edilməsi nəzərdə tutur.

         Ross Young, həmçinin iPhone 16 seriyası üçün potensial satış rəqəmləri haqqında fikirlərini də təqdim edib. O, iPhone 16 və 16 Pro-nun ilkin satış liderləri olacağını, Plus modellərinə isə (16 Plus və 16 Pro Max) tələbin başlanğıcda daha yavaş ola biləcəyini proqnozlaşdırır. Bununla belə, Young, bu proqnozun gələn yaya qədər dəyişə biləcəyini də ehtimal edir. Çünki istifadəçilər adətən daha böyük telefonlarla əlaqəli olan daha uzun batareya ömrünə üstünlük verirlər. Bu proqnozlar, iPhone 16 və 16 Plus üçün iPhone X dövründəki şaquli kamera dizaynının geri qaytarılması ətrafında mübahisələrə səbəb olan iPhone 16 seriyası modellərinin daha əvvəl sızdırılmış fotoşəkilləri ilə yanaşı gəlir.
         Sızdırılan şəkillərdəki ən solda yerləşdirilmiş iPhone 16 Pro Max, indiyə qədərki ən böyük ekran panelinə sahib iPhone modeli kimi görünür. Şayiələrə görə iPhone 16 Pro Max-ın 6,9 düymlük ekranı indiki iPhone 15 Pro Max-ın 6,7 düymlük ekranını geridə qoyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro Max-ın daha böyük ölçüyə sahib olacağına dair foto sübut ortaya çıxıb
    iphone-16-pro-max-in-daha-boyuk-olcuye-sahib-olacagina-dair-foto-subut-ortaya-cixib
    Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
    samsung-galaxy-s24-ultra-en-cox-satilan-android-smartfon-olub
    Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
    apple-bu-gun-iphone-qiymetlerine-artim-edecek
    Face ID texnologiyası hansı nəsil iPhone-lardan başlayaraq ekranın alt hissəsinə yerləşdiriləcək?
    face-id-texnologiyasi-hansi-nesil-iphone-lardan-baslayaraq-ekranin-alt-hissesine-yerlesdirilecek
    Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
    butun-iphone-16-smartfonlarinin-xarici-gorunusleri-bir-fotoda-sergilenib