
Apple M1 prosessorlu MacBook Air-in satışlarını dayandırıb
Cihazlar+
05.03.2024
Emil
Apple şirkəti M3 prosessoruna sahib yeni MacBook Air modellərini təqdim etdikdən sonra M1 prosessoru vasitəsilə MacBook Air modelinin satışlarını dayandırıb. Qeyd etmək lazımdır ki, M1 prosessoru vasitəsilə çalışan MacBook Air modeli 2020-ci ildə təqdim edilmişdi. O özündə 2560x1600 piksel keyfiyyətli ekranı, 720p keyfiyyətli veb kameranı və barmaq izi skanı texnologiyası olan Touch ID-ni birləşdirir. M1 prosessorlu MacBook Air modeli satışa çıxan zaman onun qiyməti 999$ təşkil edirdi. Bunun sayəsində sözügedən noutbuk Apple şirkətinin ən ucuz noutbuku olmuşdu.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
