main-post-cover

    Apple M3 prosessoruna sahib yeni MacBook Air noutbuklarını təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    05.03.2024
    Emil Nəcəfov
         Apple şirkəti heç bir tədqimat tədbiri keçirtmədən yeni MacBook Air noutbuklarını anons edib. Söhbət, 13 15 düym ekranlı yeni MacBook Air modellərindən gedir. Təqdim edilmiş yeni MacBook Air modellərinin əsas fərqləndirici özəlliklərindən biri də onların M3 prosessoru vasitəsilə çalışmalarıdır. Apple bildirib ki, M3 prosessoru vasitəsilə çalışan yeni MacBook Air modelləri M1 prosessoru vasitəsilə çalışan MacBook Air-dən 60%, Intel prosessoru vasitəsilə çalışan MacBook Air-dən isə 13 dəfə daha sürətli çalışır. Bununla yanaşı M3 prosessoru vasitəsilə çalışan yeni MacBook Air modelləri üstəlik Wi-Fi 6E dəstəyini də əldə ediblər.
         Yeni MacBook Air modellərindən biri 2880х1864 piksel keyfiyyətli 15.3 düym Liquid Retina ekran, digəri isə 2560х1664 piksel keyfiyyətli 13.6 düym Liquid Retina ekran ilə təchiz olunub. Sözügedən MacBook Air modelləri 24 GB-a kimi RAM-a, 2 TB-a kimi SSD 1080p keyfiyyətli veb kamera ilə təchiz olunublar. Bununla yanaşı Apple şirkətinin bu yeni noutbukları özlərində 2 ədəd USB-C Thunderbolt, MagSafe girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirirlər. Bu yeni MacBook Air modelləri bir dəfə şarj olunandan sonra 18 saat ərzində çalışa bilirlər. Noutbukların satışlarına yaxın günlərdə start veriləcək. 13.6 düym ekranlı modelin qiyməti 1099$-dan, 15.3 düym ekranlı modelin qiyməti isə 1299$-dan başlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni iPad Pro ilə MacBook Air artıq istehsalat mərhələsindədirlər
    yeni-ipad-pro-ile-macbook-air-artiq-istehsalat-merhelesindedirler
    Yeni iPad Pro, iPad Air və MacBook Air modelləri yaz fəslində təqdim oluna bilər
    yeni-ipad-pro-ipad-air-ve-macbook-air-modelleri-yaz-feslinde-teqdim-oluna-biler
    Yeni MacBook Air-in nə zaman təqdim olunacağı açıqlanıb
    yeni-macbook-air-in-ne-zaman-teqdim-olunacagi-aciqlanib