main-post-cover

    Apple M4 prosessoruna sahib yeni Mac kompüterlərinin nə zaman təqdim olunacaqları açıqlanıb

    Cihazlar+
    03.09.2024
    Emil Nəcəfov
         Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti M4 prosessoruna sahib yeni Mac kompüterlərini təqdim etməyə hazırlaşır. İndi isə yeni Mac kompüterlərinin nə zaman təqdim olunacaqları açıqlanıb. MacRumors saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti yeni Mac kompüterlərinin təqdimatını noyabr ayında keçirəcək. Noyabrda baş tutacaq təqdimat tədbiri çərçivəsində şirkət 4 yeni Mac kompüterini təqdim etməlidir. 14-16 düym ekranlara sahib MacBook Pro, yeni iMac və yeni Mac mini.
       Məlumata əsasən bu yeni Mac kompüterləri M4, M4 ProM4 Max prosessorları vasitəsilə çalışacaqlar. Bununla yanaşı bu kompüterlər minimal konfiqurasiyada 16 GB RAM-a sahib olmalıdırlar. Qeyd etmək lazımdır ki, Mac kompüterlərindən əvvəl Apple iPhone 16 smartfon seriyasını təqdim edəcək. Smartfonların təqdimatları 9 sentyabr tarixində baş tutacaq. Həmin tarixdə iPhone 16 smartfonları ilə yanaşı yeni Apple Watch smart saatları və AirPods 4 qulaqlığı təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
    apple-ve-nvidia-openai-sirketine-milyardlarla-dollar-investisiya-yatira-bilerler
    Apple A18 və A18 Pro prosessorları arasındakı fərq məlum olub
    apple-a18-ve-a18-pro-prosessorlari-arasindaki-ferq-melum-olub
    Huawei Çinin smartfon bazarında Apple şirkətinin bazar payını azaltmağa davam edir
    huawei-cinin-smartfon-bazarinda-apple-sirketinin-bazar-payini-azaltmaga-davam-edir
    AirPods Pro 3 ətraf səs-küyün boğulması sisteminin təkmilləşdirilmiş versiyasını əldə edə bilər
    airpods-pro-3-etraf-ses-kuyun-bogulmasi-sisteminin-tekmillesdirilmis-versiyasini-elde-ede-biler
    İddialara görə, 12 GB RAM yalnız iPhone 17 Pro Max ilə məhdudlaşacaq!
    iddialara-gore-12-gb-ram-yalniz-iphone-17-pro-max-ile-mehdudlasacaq