Logo
    main-post-cover

    Apple M5 çipli MacBook modellərini təqdim etdi

    Cihazlar+
    03.03.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple yeni nəsil M5 çipi ilə təchiz olunmuş MacBook Air modelini və eyni zamanda M5 Pro və M5 Max prosessorlarına sahib yenilənmiş MacBook Pro modellərini rəsmi şəkildə elan edib. Şirkətin çərşənbə axşamı etdiyi təqdimata əsasən, yeni Mac modelləri sabahdan etibarən ön sifarişə açıq olacaq.
        Yeni MacBook Air modelində istifadə olunan M5 çipi daha yüksək performans və enerji səmərəliliyi vəd edir. Bu isə gündəlik işlərdən tutmuş daha ağır qrafik və montaj proseslərinə qədər daha sürətli və stabil istifadə təcrübəsi deməkdir.
        Bununla yanaşı, MacBook Pro seriyası da M5 Pro və M5 Max çipləri ilə yenilənib. Bu modellər xüsusilə peşəkar istifadəçilər, video montajçılar, dizaynerlər və proqramçılar üçün daha güclü hesablama imkanları təqdim edir. Şirkətin açıqlamasına görə, yeni MacBook modelləri 11 mart tarixindən etibarən mağazalarda satışa çıxarılacaq.
    Paylaş