Logo
    main-post-cover

    Apple M5 prosessorlu yeni iPad Pro planşeti təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    15.10.2025
    Emil
         Yenilənmiş MacBook Pro noutbuku ilə yanaşı, Apple həmçinin yeni prosessoru ilər təchiz edilmiş yeni nəsil iPad Pro planşetini rəsmi şəkildə təqdim edib. Cihazda yüksək performanslı M5 prosessoru, naqilsiz bağlantı üçün N1 çipi və mobil şəbəkə bağlantısı üçün C1X modemi istifadə olunur. Yeni iPad Pro-nun əsas yeniliyi Apple M5 prosessoru olub. Onun 10 qrafik nüvəsinin hər birində süni intellekt alqoritmləri üçün neyron sürətləndirici mövcuddur. Mobil şəbəkə bağlantısı üçün məsul olan Apple C1X modemi, əvvəlki model ilə müqayisədə məlumat ötürmə sürətini 50% artırır və enerji sərfiyyatını azaldır.
         Planşet 2 versiyada təqdim olunub. Birinci versiya 11 düym ölçülü ekrana, ikinci versiya isə 13 düym ölçülü ekrana sahibdir. Hər iki halda söhbət, Tandem OLED texnologiyası əsasında hazırlanmış Ultra Retina XDR ekrandan gedir. Hər iki versiyada ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Yenilənmiş iPad Pro 256/512 GB/1/2 TB daxili yaddaş həcmini, 12 MP-lik arxa kameranı və 12 MP-lik ön kameranı əldə edib. Apple bildirib ki, yenilənmiş iPad Pro bir dəfə şarj olunandan sonra 10 saat ərzində aktiv işlətmə rejimində çalışa bilir. iPad Pro 2025 22 oktyabr tarixində satışa çıxacaq və onun qiyməti 999$-dan start götürəcək.
    Paylaş