Apple Mac istifadəçiləri üçün vacib təhlükəsizlik yeniləməsi yayımladı
Apple Mac istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləmələri təqdim edib. Yeniləmələr macOS Tahoe, macOS Sequoia və macOS Sonoma əməliyyat sistemlərində aşkarlanmış təhlükəsizlik boşluğunu aradan qaldırır. Şirkət macOS Tahoe 26.6.1, macOS Sequoia 15.7.9 və macOS Sonoma 14.8.9 versiyalarını istifadəyə verib. Apple-ın məlumatına görə, yeniləmələrin əsas məqsədi Mac kompüterlərindəki Screen Sharing funksiyasında aşkarlanmış ciddi təhlükəsizlik problemini həll etməkdir.
Aşkarlanmış boşluq eyni şəbəkədə olan hücumçunun etibarlı giriş məlumatları olmadan Screen Sharing funksiyası vasitəsilə autentifikasiyadan keçməsinə imkan yarada bilərdi. Başqa sözlə, müəyyən şəraitdə kənar şəxs düzgün istifadəçi məlumatlarına sahib olmadan ekran paylaşımı xidmətinə giriş əldə edə bilərdi. Apple yeniləmələrlə bu təhlükəsizlik boşluğunu aradan qaldırdığını bildirir. Diqqətçəkən məqamlardan biri yeniləmələrin ənənəvi developer və ictimai beta mərhələlərindən keçmədən birbaşa istifadəçilərə təqdim edilməsidir. Bu da problemin təhlükəsizlik baxımından kifayət qədər vacib olduğunu göstərir.
Paylaş
