Logo
    main-post-cover

    Apple Mac mini istehsalını ABŞ-yə köçürür

    Cihazlar+
    24.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple bu ilin sonlarından etibarən ABŞ bazarı üçün nəzərdə tutulan Mac mini kompüterlərinin istehsalına ölkə daxilində başlayacaq. Şirkət bu məqsədlə Texas ştatının Hyuston şəhərində yerləşən obyektini genişləndirəcək.
    Apple's Newest Mac mini Is Powerful and Incredibly Small
        The Wall Street Journal nəşrinin məlumatına görə, Apple nümayəndələri jurnalistlərə hazırda boş olan anbar sahəsini göstəriblər. Şirkət həmin ərazini 220 min kvadrat fut (təxminən 20 min kvadratmetr) sahəyə malik istehsal müəssisəsinə çevirməyi planlaşdırır. Bu zavodda həm Mac mini modelləri, həm də Apple Intelligence üçün server avadanlıqları istehsal ediləcək. Serverlərin istehsalı isə Foxconn tərəfindən həyata keçiriləcək.
        Bu addım Apple-ın ötən il açıqladığı 500 milyard dollarlıq ABŞ investisiya planının bir hissəsidir. Xatırladaq ki, şirkət rəhbəri Tim Cook ABŞ Prezidenti Donald Trump ilə görüşdən sonra ölkə daxilində investisiyaların artırılacağını bildirmişdi. Həmin dövrdə Trump Apple-ın tariflərdən yayınmaq üçün istehsalı ABŞ-yə köçürmək istədiyini demişdi.
        Qeyd edək ki, Apple daha əvvəl Texasda Mac Pro modellərini istehsal edirdi, lakin son illərdə həmin zavodda istehsal həcmi azalmışdı. Şirkətin əməliyyat direktoru Sabih Khan bildirib ki, Mac mini modelinin uzunmüddətli tələbatını daha dəqiq proqnozlaşdırmaq mümkündür. Eyni zamanda, Mac mini Apple-ın ümumi satışlarında kiçik paya malikdir və bu da onu istehsalın ABŞ-yə köçürülməsi üçün daha uyğun məhsula çevirir.
    Paylaş