Logo
    main-post-cover

    Apple Mac və iPad üçün AppleCare+ xidmətinin qiymətini artırmağa hazırlaşır

    Cihazlar+
    16.07.2026
    Sevinj
        Apple-ın Mac və iPad cihazları üçün təqdim etdiyi AppleCare+ xidmətinin qiyməti yaxın zamanda bahalaşa bilər. Bloomberg jurnalisti Mark Qurmanın məlumatına görə, qiymət artımı yalnız yeni abunəçilərə şamil olunacaq, mövcud istifadəçilər isə hazırkı tariflərlə xidmət almağa davam edəcəklər.
       Yeni qiymətləndirməyə əsasən, AppleCare+ xidmətinin aylıq abunə haqqı 0,50 dollar, illik ödənişi isə 5 dollar artırılacaq. Məsələn, 13 düymlük MacBook Air üçün AppleCare+ aylıq 7,49 dollardan 7,99 dollara, illik isə 74,99 dollardan 79,99 dollara yüksələcək.
        Hazırda ABŞ-də Apple-ın rəsmi saytında və xidmət şərtlərində bu dəyişiklik hələ əks olunmayıb. Şirkət isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
    Paylaş